Betaplus.az illərdir Azərbaycanda ən yaddaqalan anları göy üzündə əbədiləşdirir. Kiçik ev şənliyindən tutmuş böyük toy mərasimlərinə qədər — hər tədbir üçün uyğun məhsul və peşəkar xidmət təklif edirik.

Bütün məhsullarımız sertifikatlıdır və təhlükəsizlik təlimatı ilə təhvil verilir. Komandamız pirotexnika sahəsində təcrübəlidir; istəsəniz salyut şousunu tam olaraq biz təşkil edir, quraşdırır və idarə edirik. Siz sadəcə anın zövqünü çıxarırsınız.